Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı Qəbələ Regional “ASAN xidmət”mərkəzində.

13 iyun 2017 | 16:00

Rusiya Federasiyası Ədliyyə Nazirliyinin bir qrup əməkdaşı rayona səfərləri çərçivəsində Qəbələ Regional “ASAN xidmət” mərkəzinə baxış keçirmişlər.  Mərkəzin inzibati binası ilə yaxından tanış olan nümayəndə heyətinə “ASAN xidmət” mərkəzinin iş prinsipi, burada həyata keçirilən sosial aksiyalar və maraqlı layihələr haqqında ətraflı məlumat vermişdir. Səfər çərçivəsində qonaqlar “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən əməkdaşların, eləcə də könüllülərin fəaliyyətini yaxından izləmiş, exit poll rəy sorğusu, elektron şikayət köşkü və “ASAN ödəniş” terminallarının fəaliyyəti ilə maraqlanmışlar. Qonaqlar Mərkəzdən xoş təəssüratlarla ayrılmışlar.

 

Keçidlər