Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Dini radikalizm və gənclərin maarifləndirilməsi” mövzusunda seminar keçirilmişdir.

23 iyun 2017 | 09:00

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qəbələ Rayon İcra Hakimiyyəti ilə birlikdə “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda seminar keçirmişdir.
Seminara müəllimlər, digər təlim-tərbiyə müəssisələrinin, hüquq-mühafizə orqanlarının və gənclərin nümayəndələri dəvət olunmuşdur.
Seminarı rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova açmışdır. Rayon icra hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Abdusalam Hüseynov rayondakı dini qurum haqqında, gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov gənclərin dini radikalizmə qarşı mübarizə sahəsində maarifləndirilməsi mövzusunda çıxış etmişlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov “Dini radikalizm və gənclərin maarifləndirilməsi” və Dövlət Komitəsinin məsul işçisi Ruslan Əsgərov “İslam həmrəyliyi məsələləri” mövzusunda çıxış etmişlər.
Sonra seminarda dini və dünyəvilik məsələləri ilə əlaqədar bir sıra problemlərin müzakirəsi dialoq şəklində davam etmişdir.
Tədbiri RİH başçısının müavini Ətayə Osmanova yekunlamışdır.

Keçidlər