Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü qeyd olunub.

23 iyun 2017 | 16:00

İyunun 23-də Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə FHN-nin Mülki müdafiə qoşunlarının Qəbələ rayonunda yerləşən “N” saylı hərbi hissəsində tədbir keçirilmişdir.
Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunları komandanının müavini-qərargah rəisi polkovnik Etibar İsmayılov, hərbi hissənin rəhbərliyi, zabit və əsgərlər iştirak edib.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Bayram tədbirini giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov ümummilli lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildiyini bildirib. O, ölkəmizdə bu gün ordu quruculuğunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edib.
Mehman İsmayılov Mülki Müdafiə Qoşunlarının silahlı qüvvələrimizdəki rolundan geniş bəhs edərək, onun müasir texnologiyalara malik möhkəm maddi-teniki bazası olduğunu diqqətə çatdırıb.
Sonra Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov cıxış edərək Azərbaycanda ordu quruculuğundan, bu sahədə ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Mülkü müdafiə qoşunlarının Azərbaycanın ordu sistemindəki rolundan geniş bəhs etmişdir. O, qeyd etmişdir ki, müstəqilliyin ilk illərində Azərbaycan çətin günlərini yaşayırdı və bunun nəticəsi idi ki, ölkə parçalanmağa doğru gedirdi. Məhz xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı ağrılı günlərdən firavan, müstəqilliyi möhkəmlənmiş, dünya ölkələri sırasında söz sahibi olan bir ölkəyə çevirmişdir. Onun sayəsində ordumuz yenidən quruldu və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirdi. Ümummilli liderimizin layiqli davamçısı, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyev bu siyasəti mükəmməl şəkildə davam etdirir. Natiq vurğulamışdır ki, bizim istənilən an torpaqlarımızı düşməndən azad etməyə qadir güclü ordumuz var.
Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev şəxsi heyəti bayram münasibətilə təbrik edib, onlara şərəfli vəzifələrində uğurlar arzulayıb.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları Komandanının müavini-qərargah rəisi, polkovnik Etibar İsmayılov da hərbçiləri və əsgərləri 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Sonda xidmətdə fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər