Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Azərbaycanın İnnovatik İnkişafı” mövzusunda seminar keçirilmişdir.

02 iyul 2017 | 02:00

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə Qəbələ rayonunda dövlət qulluqçuları üçün seminar keçirmişdir. Seminara rayon icra hakimiyyətinin əməkdaşları, inzibati ərazilər üzrə nümayəndələr, Qəbələ Regional “Asan xidmət” Mərkəzinin işçiləri dəvət olunmuşdu.
Seminarı Qəbələ rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİH- başçısının müavini Ətayə Osmanova açmışdır.
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycan Respublikasının dövlət idarəçilik modeli: ölkənin nailiyyətləri beynəlxalq təşkilatların hesabatlarında”, akademiyanın professoru, Milli Məclisin deputatı Elman Nəsirov “Beynəlxalq vəziyyət və Azərbaycan Respublikası hökumətinin xarici siyasəti”, akademiyanın dosenti Rəcəb Rəhimli “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində innovativ metodların tətbiqi” mövzularında məruzə etmişlər.
Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul işçisi Cahangir Hacıyev dövlət qulluqçularının maarifləndirilməsi sahəsində Dövlət İdarəçilik Akademiyası ilə birlikdə həyata keçirilən layihənin əhəmiyyətindən danışmış, gələcəkdə bu layihələrin əhatə dairəsinin daha da genişlənəcəyini bildirmişdir.
Seminarı ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, RİH- başçısının müavini Ətayə Osmanova yekunlaşdırmışdır.

Keçidlər