Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.

26 aprel 2013 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövürdə Qəbələ rayonunda görülmüş işlər barədə geniş müşavirə keçirilmişdir.
Qəbələ rayon icra hakimiyyətinin akt zalında təşkil olunmuş müşavirədə şura üzvlərinin, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, sahibkarların, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələrin və bələdiyyələrin iştirakı təmin olunmuşdur.
Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, həyata keçirilən iqtisadi siyasət nəticəsində 2013-cü ilin ötən dövrü Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. Rüb ərzində ümumi daxili məhsul 3,1 faiz artmış, qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur.
Diqqətə çatdırılmışdır ki, infilyasiyanın cəmi 1,2 faiz təşkil etdiyini, kənd təsərrüfatında 4 faizdən çox artım olduğunu, əhalinin pul gəlirlərinin 6 faiz artığını, regionların sosial-iqtisadi inkişafı ikinci dövlət proqramının icrası nəticəsində  1 milyon 100 mindən artıq iş yerlərinin açıldığını, onların 30 mininin bu ilin birinci rübündə yaradıldığını, nəticədə son 10 il ərzində yoxsulluğun 50 faizdən 6 faizə düşmüşdür. Bildirilmişdir ki, Regionların sosial-iqtisadi inkişafı ikinci dövlət proqramının 2013-cü ilin birinci rübündə də uğurla icra olunduğunu vurğulayan ölkə başçısı, edilmiş əlavələr də əhatə olunmaqla proqramın artıqlaması ilə yerinə yetiriləcəyinə əminliyini və dövlətin əsas kapitalı olan adamların rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılacağını qeyd etmişdir.
2013-cü ilin birinci rübündə Qəbələ rayonunda sosial-iqtisadi sahədə görülən işlər barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev qeyd etmişdir ki,  Rayonumuzun ictimai həyatında baş verən əsas əlamətdar hadisə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin fevral ayının 28-də Qəbələyə gəlişidir. Səfər zamanı dövlət başçısı bir çox sosial və iqtisadi xarakterli obyektlərin açılışında iştirak etmiş, inşaası davam edən tikintilərdə işlərin gedişi ilə tanış olmuşdur. Görülmüş işlər barədə fikirlərini bildirməklə bərabər cənab Prezident qarşımıza yeni-yeni vəzifələr qoymuşdur.
Rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə dövlət başçısı demişdir: ”Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilmişdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir”.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rayonumuz haqqında söylədiyi bu qürurverici fikirlər hər bir qəbələlidə fərəh hissi yaradır, qurub-yaratmaq əzmini daha da artırır. 2013-cü ilin birinci rübünün sosial iqtisadi göstəriciləri barədə məlumat verən RİH başçısı qeyd etmişdir ki, rayonun iqtisadi sferasında ayrı-ayrı sahələr üzrə 39.616 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.200 min manat, yaxud  5,7 faiz çox olmuşdur.
Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə  277 min manat, yaxud 7,4 faiz, kənd təsərrüfatında 353 min manat, yaxud 3,6 faiz,  tikintidə 943 min  manat, yaxud 5,3 faiz, nəqliyyatda 141 min manat, yaxud 18,5 faiz rabitədə 31 min manat, yaxud 17, 8 faiz, ticarətdə 455 min manat, yaxud    7,4 faiz artmışdır.
Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 402 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 17 manat, yaxud 4,4 faiz çox olmuşdur.
Sənaye mallarının istehsalında və xidmətlərin göstərilməsində özəl sektorun xüsusi çəkisi 72,1 faiz təşkil etmişdir.
Rüb ərzində sənaye müəssisələrində çalışan  742 nəfər işçinin orta aylıq nominal əmək haqqı 344 manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 10,6 faiz çox deməkdir. Qeyd olunmuşdur ki, rayonda 2003-cü ilin oktyabr ayından 2013-cü ilin aprel ayınadək  11.167 yeni iş yeri açılmışdır. Ondan 9.119-u daimi iş yeridir. Cari ilin birinci rübündə 224 yeni iş yeri açılmışdır ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 21.131 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 18.559 min manat təşkil etmişdir. Ötən  illə müqayisədə əsas  kapitala  yönəlmiş  investisiyanın  həcmi   2.827 min manat,  yaxud  15,4 faiz artmışdır.
Rayonun yerli gəlirləri 2013-cü ilin birinci rübündə  1.912,0 min manat proqnoza qarşı 2.654,9 min manat (139 faiz) və ya 742,9 min manat çox, o cümlədən öz gəlirləri 1.879,2 min manat proqnoza qarşı 2.628,9 min manat (140 faiz) və ya 749,7 min manat çox, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 1.721,4 min manat və ya dürüstləşdirilmiş proqnoza qarşı 1.600,0 min manat (93 faiz) və ya 121,4 min manat az, yerli xərcləri dürüstləşdirilmiş 3.600,6 min manat proqnoza qarşı 3.757,5 min manat (104 faiz) və ya 156,9 min manat çox icra olunmuşdur.
Ötən müddət ərzində xidmət təşkilatları da qarşıya qoyulmuş vəzifələrin öhdəsindən əsasən gəlmişlər. Əhalinin elektrik enerjisi, təbii qaz, poçt, rabitə və digər kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə bu sahələr daim diqqət mərkəzində saxlanılmışdır.
Ölkədə gedən sosial-iqtisadi inkişafın yüksək nəticəsidir ki, Qəbələ bu gün nəhəng inşaat meydanını xatırladır. 2013-cü ilin birinci rübündə Qəbələ Mədəniyyət Mərkəzində, Qaradeyin kəndində inşa edilən şərab zavodunda, Böyük Əmili kəndində inşa edilən 650 başlıq heyvandarlıq kompleksində, Vəndam qəsəbəsində inşa edilən 600 başlıq heyvandarlıq kompleksində tikinti-quraşdırma işləri başa çatdırılmış və həmin obyektlər istismara verilmişdir.
Bununla yanaşı Qəbələ şəhərinin şimal hissəsində inşa edilən kanat yolunda, “Tufandağ” dağ xizək yay-qış istirahət kompleksində, Bum qəsəbəsində inşa edilən stend atıcılığı kompleksində və Qəbələ şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulması obyektində tikinti-quraşdırma işlərinin birinci mərhələsi başa çatdırılmış, ikinci mərhələsinə başlanılmışdır.
Cari ilin ötən dövrü ərzində Qəbələ şəhəri – Qəbələ Beynəlxalq Hava Limanı avtomobil yolunda, Qəbələ-Ağdaş yolunun yenidən qurulması çərçivəsində (22 km) yolun abadlaşdırılması və işıqlandırılması sahəsində, 180 şagirdyerlik Kiçik Pirəli kənd tam orta məktəbinin yeni binasının tikintisində, Qəbələ-Küsnət-Laza avtomobil yolunda, 1200 yerlik “Konqres Holl” obyektində, “Futbol Akademiyası və stadionlar kompleksində, Qəbələ şəhərinin şimal hissəsində inşa edilən “Qəbələ-2 yanğınsöndürmə deposu”nda, DİN-nin sifarişi ilə Qəbələ rayonu ərazisində inşa edilən “N” saylı alay şəhərciyində, Dəmiraparan çayının yatağında aparılan sahilbərkitmə obyektində, Qəbələ şəhərində inşa edilən yanacaqdoldurma məntəqəsində, “Cipsi” zavodunda, şərab zavodunda, “Karvansaray” otellər kompleksində və Yengicə kəndində inşa olunan oteldə tikinti-quraşdırma işləri davam etdirilir.
Ötən rüb ərzində Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən Həmzəli kəndinin mərkəzindən keçən 1,0 km yolda abadlıq işləri aparılmış, kommunikasiya xətləri köçürülmüş, vətəndaşlara məxsus müxtəlif növ hasarlar sökülərək yeni layihə üzrə dekorativ daş hasarlarla əvəz edilmiş və yolun həmin hissəsinə asfalt örtük vurulmuşdur.
2013-cü ilin birinci rübü ərzində Qəbələ Rayon İcra Hakimiyyətinin sifarişi ilə inşa ediləcək 80 şagirdyerlik Yengicə kənd, 220 şagirdyerlik Zirik kənd ümumi orta məktəblərinin binaları və “Mirzəbəyli-Çuxur-Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun yenidən qurulması istiqamətində layihələndirmə işləri aparılmışdır.
Ötən rüb ərzində inşa ediləcək “Akvapark” və “Qolf meydançası” obyektlərində hazırlıq işlərinə başlanılmışdır.
Son illər beynəlxalq turizmin inkişafı, respublikada turizm şirkətlərinin və mehmanxanaların sayının artması və ölkəmizdə turizm sektorunun dünya standartlarına uyğun səviyyədə inkişaf etdirilməsi Azərbaycanın dünya turizm  bazarına inteqrasiyası istiqamətində aparılan ardıcıl işlərdəndir.
Qəbələ isə güclü turizm potensialına malik olan coğrafi ərazidə yerləşmişdir. Burada mütəmadi olaraq keçirilən beynəlxalq tədbir və toplantılar, bölgəyə ildən-ilə artan turist səfərləri mövcud turizm infrastrukturu şəbəkələrinin genişləndirilməsi sahəsində yeni layihələrin  həyata  keçirilməsinə stimul verir.
Bu gün  Qəbələdə 14  mehmanxana tipli obyekt fəaliyyət göstərir ki, onlarının da üçü  beşulduzlu, biri dördulduzlu və ikisi üçulduzlu otellərdir.     
2013-cü ilin ötən dövrü ərzində Qəbələyə 6 mindən yuxarı turist gəlmişdir.  “Tufandağ” dağ xizək yay-qış istirahət kompleksində süni qar aqreqatlarının daimi  işləməsi burada ilin bütün fəsillərində qar meydançalardan fasiləsiz istifadə edilməsinə şərait yaradacaqdır. Bütün görülən işlər deməyə imkan verir ki, Qəbələ çox yaxın zamanda Beynəlxalq Turizm Mərkəzi kimi dünyada tanınan bölgələrdən  birinə  çevriləcəkdir. 
2013-cü ilin birinci rübündə  aqrar sahədə də xeyli iş görülmüşdür. Belə ki, 2012-ci ilin dekabr ayında 1285 nəfər torpaq mülkiyyətçilərinə hesablanan        760601 manat vəsait rüb ərzində plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır.
Torpaq sahibləri tərəfindən indiyədək  347 ha sahədə   yazlıq bitkilər əkilmişdir ki, bunun da 212 hektarını kartof , 47 hektarını tərəvəz, 88 hektarını isə birillik və çoxillik otlar təşkil etmişdir. Yazlıq bitkilərin əkini davam edir.
Heyvandarlıq  sahəsində də  əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə iri buynuzlu mal-qaranın sayı artaraq 52715 başa, qoyun-keçilər 219589 başa, donuzların sayı 989 başa  çatmışdır.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq məhsulları istehsalı da xeyli artmışdır. Belə ki, ət istehsalı 13  ton  artaraq 1121 tona, süd istehsalı 5 ton  artaraq 5619 tona, yumurta istehsalı isə 407 min ədəd artaraq 3112 min ədədə çatmışdır. Hazırda əhalinin quş əti və yumurtaya olan tələbatını ödəmək məqsədi ilə rayonda əvvəl mövcud olmuş broyler-quşçuluq kompleksi təmir olunur. Kompleksin 2013-cü il ərzində  istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonumuzun kənd təsərrüfatı məhsulları istehsalçıları da fəallıq göstərir. 2013-cü ilin birinci rübü ərzində həmin  yarmarkalarda 21 ton tumlu, 22  ton qərzəkli,  0,3 ton çəyirdəkli  meyvələr satılmışdır. Məhsul istehsalçılarının satış yarmarkalarında iştirakı davam edir.
Hazırda rayonda 5603 hektar bağ, 406 hektar üzüm plantasiyası mövcuddur. Rüb ərzində bağlara və üzüm sahələrinə aqrotexniki qulluq işləri həyata keçirilmişdir. 2013-cü ilin “İnformasiya kommunikasiya texnologiyaları ili” elan olunması ilə əlaqədar rayonda informasiya şəbəkələri genişləndirilmişdir. Rayon icra hakimiyyətində müasir informasiya texnologiyalarından istifadə olunmasının zəruriliyi nəzərə alınaraq, vətəndaşların müraciətlərinə baxılmasının operativliyini təmin etmək məqsədi ilə elektron poçtlar yaradılmışdır. Elektron poçt ünvanlarına göndərilən ərizə və şikayətlər dərhal araşdırılaraq onlar barədə müvafiq tədbirlər görülür.
2013-cü ilin birinci rübündə rayon icra hakimiyyəti başçısı aparatına Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından 7-si nəzarət qaydasında olmaqla  99, Milli Məclisdən 4, Nazirlər Kabinetindən 4, mərkəzi icra orqanlarından 29  və  9 ədədi qrup halında olmaqla vətəndaşlar tərəfindən  110 ərizə daxil olmuşdur.
Eyni zamanda icra hakimiyyətinin başçısı tərəfindən aparatda 342 nəfər vətəndaş qəbul edilmişdir.
2013-cü ilin birinci rübü ərzində yaşayış məntəqələrində 7 səyyar qəbul-görüş keçirilmiş, həmin görüşlərdə 1131 nəfər iştirak etmişdir. Qəbullarda 79 nəfər çıxış edərək müxtəlif təkliflər irəli sürmüşlər.
İrəli sürülən təkliflərdən 65-i həll edilmiş, 14 məsələnin həlli isə respublikanın mərkəzi icra orqanları tərəfindən həll edilməli olduğuna görə həmin müraciətlərlə əlaqədar müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
2013-cü il  həm də siyasi baxımdan xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir tarixdir fikirlərini səsləndirən RİH başçısı qeyd etmişdir ki, bu il ölkəmizdə prezident seçkilərinin keçiriləcəyi, xalqımızın və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçiliyimizin qorunmasının, inkişaf etdirilməsinin müəyyənləşdiriləcəyi ildir. Bu qələbəni qazanmaq isə bizim hər birimizin, hər bir qəbələlinin vətəndaşlıq borcudur. Sonda çıxışını Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin “Qəbələdə sosial-iqtisadi inkişaf baxımından, abadlıq və quruculuq işləri sahəsində mühim nailiyyətlər qazanılmışdır. Dağlar diyarının bugünki inkişafı insanlarımızın hər şeyə qadir olduğunu sübut edir” sözləri iə tamamlayan rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev həmişə olduğu kimi 2013-cü ili də yüksək uğurla başa vuracaq, xalqımıza, vətənimizə, dövlətimizə sədaqətlə xidmət edəcəyik fikirlərini diqqətə çatdırmışdır. Müşavirədə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Respublika Ağsaqqallar şurasının sədri Fəttah Heydərov çıxış edərək Qəbələdə rayonda sosial- iqtisadi sahədə 2013-cü ilin birinci rübündə görülmüş işləri təhlil etməkdən, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdan məmnunluq duyduğunu bildirmişdir. Natiq öz çıxışında qeyd etmişdir ki,  2013-cü ilin birinci rübü əvvəlki illər kimi sosial-iqtisadi inkişafın dinamikasına görə çox uğurlu olmuşdur. İqtisadi sahədə əldə olunan nəticələr, aqrar sahənin inkişafı, xüsusilə turizm infrastrukturunun sürətlə genişləndirilməsi bizim hər birimizi sevindirir. Bizim bundan sonrakı nailiyyətlərimiz daha da çox olacaqdır. Çünki biz Ümummilli liderimiz Heydər  Əliyevin müəyyənləşdirdiyi strateji yolla gedirik və bizim yolumuz düzgün yoldur. Qarşıdan ulu öndərin 90-illik yubileyi tədbirləri gəlir. Qəbələ bu baxımdan da respublikamızın digər rayonlarından fərqlənir fikirlərini ifadə edən millət vəkili qeyd etmişdir ki, buradakı yubiley tədbirlərinin möhtəbərliyi və möhtəşəmliyi onunla səciyyələnir ki. onun fövqündə dünyanın aparııcı dövlətləri iştirak edir və beynəlxalq statusu daşıyır.  Qəbələ rayonu tarixi inkişafın yüksək nöqtəsindədir. Ulu öndər vaxtilə Qəbələni İsveçrəyə bənzətmişdir. Onun fikirləri bu gün Sizin tərəfinizdən gerçəkləşir, həyata keçirilir. Mən bu yolda Sizin hamınıza uğurlar arzulayıram. Müşavirədə çıxış edənlərdən 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi Şahismayıl Bayramov, rayon mərkəzi xəstəxanasının baş həkimi Sabir Bayramov, Qəbələ elektrik şəbəkəsinin rəisi Kamal Məhərrəmov rəhbərlik etdikləri sahələr üzrə 2013-cü ilin birinci rübü ərzində görülmüş işlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat vermişlər. Sonda hesabat yığıncağının qərar layihəsi oxunulmuş və yekdilliklə qəbul edilmişdir.

Keçidlər