Qəbələ rayonunda 2017-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına dair geniş hesabat yığıncağı keçirilmişdir.
Rayon icra hakimiyyətinin 2017-ci ilin birinci yarısında Qəbələdə görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirəsi keçirilmişdir. İyulun 18-də rayon icra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə bağlı, həmin dövrdə Qəbələ rayonunda görülmüş işlər barədə geniş müşavirə keçirilmişdir. Müşavirədə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişlər. Tədbiri rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev açmış, müşavirənin gündəliyini elan etmişdir.
Sonra Səbuhi Abdullayev 2017-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər, cənab Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı giriş və yekun nitqlərindən irəli gələn vəzifələr barədə geniş məruzə etmişdir. Məruzə ətrafında rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Əhmədov, suvarma sistemləri idarəsinin rəisi Qüdrət Həmidov və meşə mühafizəsi və bərpası müəssisəsinin direktor əvəzi Əziz Əhmədov çıxış etmişlər. Müşavirəni rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev yekunlaşdırmışdır.