Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

İsrailin səfiri Qəbələ rayonunda səfərdə olmuşdur.

01 avqust 2017 | 18:35

İsrailin Azərbaycandakı səfiri Dan Stav Qəbələ rayonuna səfər etmişdir.
Rayon icra hakimiyyətində israilli diplomatla keçirilən görüşdə RİH-nin başçısı Səbuhi Abdullayev qonağa Qəbələnin tarixi, coğrafi mövqeyi, əhalisi və sosial-iqtisadi inkişafı barədə məlumat verib. Qeyd olunub ki, yəhudilər əsrlər boyu azərbaycanlılarla birlikdə dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər bu ölkənin bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir.
Səfir Dan Stav görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluğunu bildirib. Azərbaycanda mövcud tolerantlıq mühitinin ölkəsində yüksək dəyərləndirildiyini qeyd edən israilli diplomat respublikamızın sabitlik məkanı olduğunu, azsaylı xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını vurğulamışdır.
Dan Stav səfəri çərçivəsində IX Qəbələ Beynəlxalq Musiqi Festivalının konsertlərində də iştirak edəcəyini diqqətə çatdırmışdır.

Keçidlər