Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqının xilaskarı” mövzusunda bilik yarışı keçirilmişdir.

01 may 2013 | 15:00

Dahilər, onların həyat yolları, əməlləri göstərir ki, əslində onlar insanlara yol göstərmək, örnək olmaq üçün doğulurlar. Tarixi məhz dahilər, kütləni arxasınca aparmağı bacaran insanlar, güclü şəxsiyyətlər yaratmış, cəmiyyətdə baş verən müxtəlif proseslərin istiqamətinin dəyişməsinə onlar təsir etmişdir. Belə görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyevin yaşadığı ömür illərinə nəzər salsaq, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqımızın rifahının yaxşılaşdırılması yönümündə gördüyü işlərlə, əldə etdiyi nəticələrlə digər ictmai-siyasi və dövlət xadimlərindən müqayisə olunmaz dərəcədə ucada, yüksəklikdə qərar tutumuşdu. Dünya Azərbaycanlılarının ümummilli lideri, bütün türk dünyasının qüdrətli oğlu, dahi siyasi və ictimai xadim Heydər Əliyev ideyalarının rolu danılmazdır. Əsrlər keçəcək, qərinələr ötəcək, onun  ideyaları ilə həyata keçən  möhtəşəm layihələr xalqımıza firavanlıq gətirəcək, parlaq gələcək bəxş edəcək. Möhkəm təməl üstündə qüdrətli bir şəxsiyyətin əli ilə qurulan bu dövlət möhkəmlənəcək, dünyanın inkişaf edən güclü dövlətlərindən birinə çevriləcəkdir. May ayının 10-u 2013-cü il tarixində Azərbaycan Respublikasının ümummilli lideri - bütün dövrlərdə  planetimizin ən müdrik dövlət başçısı və görkəmli siyasətçi Heydər Əliyevin  anadan olmasının 90 illiyi tamam olur. Bununla əlaqədar Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir. 30 aprel tarixində Mərkəzdə Rayon ümumitəhsil məktəblərinin şagirdləri arasında bilik yarışı keçirildi.Beş komandada yarışan məktəblilər ictimai-siyasi mövzu üzrə suallara cavab verdilər. Ən çox bal toplayan  1saylı tam orta məktəbin “Qəbələ” komandası I yerin qalibi oldu, komanda iştirakçıları Heydər Əliyev Mərkəzinin fəxri fərman və hədiyələri ilə mükafatlandırıldılar. Tədbirdə Mərkəz tərəfindən  ümumtəhsil məktəbləri arasında “Heydər Əliyev və Azərbaycan” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibləri elan olundu. I yerin qalibi - Qəbələ şəhər 4 saylı tam orta məktəbin IX sinif şagirdi Mirzəhüseynli Aytac, II yerin qalibi – Qəbələ şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi Ağamirzəyeva Nərmin, III yerin qalibi – Yenikənd orta məktəbinin VIII sinif şagirdi Cənnətov Şöhrət Heydər Əliyev Mərkəzinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırıldılar.  Sonda yarış iştirakçıları ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən  “Ömrün zirvəsinə doğru” sənədli filminə baxdılar.

Keçidlər