Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Geniş müşavirə keçirilmişdir

10 avqust 2017 | 16:00

Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilmişdir.
Rayonun əlaqədar idarə, müəssisə, təşkilat rəhbərlərinin, fermerlərin, sahibkarların, inzibati ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilmiş iclasda RİH başçısı Səbuhi Abdullayev respublika müşavırəsində cənab İlham Əliyevin söylədiyi nitqdən irəli gələn vəzifələr barədə məlumat vermişdir.
Qeyd edilmişdir ki, dövlət başçısının tapşırığına uyğun olaraq, qarşıdakı dövrdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri olaraq qalacaqdır. Səbuhi Abdullayev bu sahədə aparılan islahatların dərinləşdirilməsi, məhsuldarlığın artırılması, kənd təsərrüfatının texniki təminatının daha da yaxşılaşdırılması və daha böyük ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafının müsbət demoqrafik dinamika ilə uzlaşdırılması barədə konkret tapşırıqlar verildiyini söyləmişdir.
Müşavirədə rayon kənd təsərrüfatı idarəsinin rəisi Rahib Əhmədov, barama istehsalçısı İlham Şərifov, fındıqçılıq üzrə sahibkar Sidqi Quliyev məsələ ətrafında çıxış etmişlər.
İclasda qərar layihəsi qəbul edilmişdir.

Keçidlər