Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Polşa Respublikasının Qnezno şəhərinin nümayəndə heyəti Qəbələdə.

29 avqust 2017 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin dəvəti ilə Azərbaycan Respublikasına səfər edən Polşa Respublikasının Qnezno şəhər merinin birinci müavini Yaroslav Qrobelnınin başçılıq etdiyi nümayəndə heyəti rayonda hər il müntəzəm olaraq keçirilən V Beynəlxalq Mürəbbə Festivalının yubiley tədbirində iştirak etmək üçün  Qəbələ rayonuna səfər etmişdir.
Qəbələ şəhərində, rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev tərəfindən qarşılanan nümayəndə heyətinə rayonun tarixi, iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Qəbələnin tarixi keçmişi də təbiəti qədər zəngin olaraq Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. RİH başçısı  qədim Qəbələ şəhərinin bu günədək gəlib çatan qala divarının qalıqları və burada aparılan arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri barədə ətraflı məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Qəbələ turizm bölgəsi olmaqla yanaşı beynəlxalq əhəmiyyətli mədəniyyət, incəsənət tədbirlərinə  həmçinin  idman yarışlarına da ev sahibliyi edir.
Polşa Respublikasının Qnezno şəhərinin nümayəndə heyətinin başçısı Yaroslav Qrobelnı öz növbəsidə göstərilən qonaqpərvərliyə görə öz minnətdarlığını ifadə edərək keçirilən festivalın çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Natiq Polşa Respublikasının Qnezno şəhəri ilə Azərbaycan Respublikasının Qəbələ rayonu arasında olan qarşılıqlı əlaqələri yüksək qiymətləndirərək Qəbələdə təbiətin bəxş etdiyi füsünkar gözəlliklərin canlı şahidi olduğunu diqqətə çatdırmışdır. Mədəniyyət və turizm sahəsində qarşılıql əməkdaşlıq əlaqələrin davam etdirilməsindən söz açan  Yaroslav Qrobelnı bunun  Qnezno  və Qəbələ şəhərləri arasında iqtisadi inkişafa təkan verəcəyini qeyd etmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti rayon icra hakimiyyətinin inzibati binasına baxış keçirmiş,   fəaliyyət göstərən sənaye müəssisələri, müasir memarlıq üslubunda inşa olunmuş tikililər və turizm sektoru ilə yaxından tanış olmuşlar

Keçidlər