“Heydər Əliyev-mədəniyyətimizin hamisi”dir
Qəbələ rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə dəyirmi masa keçirilmişdir. İlk olaraq toplantı iştirakçıları tərəfindən Heydər Əliyev parkında yerləşən Heydər Əliyevin büstü önünə tər çiçəklər qoyuldu.
Tədbir Mədəniyyət Mərkəzində davam etdirildi. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarova açdı. Sonra söz Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanovaya verildi. O, öz çıxışında Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışaraq, bu dahi insan barəsində öz ürək sözlərini söylədi sonra Mədəniyyət Mərkəzinin bədii rəhbəri Sahibə Dadaşova Heydər Əliyevin ömür yolu və fəaliyyəti barədə ətraflı çıxış etdi.
Tədbir iştirakçılarından MKS-nin İnformasiya Şöbəsinin işçisi Gülnar Ədilova, Rəsm Qalareyasının işçisi Elnurə Məmmədova, Mədəniyyət Mərkəzinin direktoru Vüqar Səlimov və digərləri çıxış edərək Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın müstəqilliyində və inkişafında mədəniyyətin dünyaya tanıdılmasında oynadığı böyük rolundan danışdılar.
Tədbirdə Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında “O, Heydər Əliyevdir” adlı ədəbi-bədii kompozisiya səsləndirildi.
Sonra tədbir iştirakşıları “Heydər Əliyev-mədəniyyətimizin hamisi” adlı sənədli filmə tamaşa etdilər.Filmin nümayişindən sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinə gedərək, Ümummilli Liderin büstü önünə gül dəstələri qoydular.Mərkəzdə Heydər Əliyevin həyat və fəaliyyəti barədə nümayiş olunan eksponatlara tanış oldular.