Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.

06 sentyabr 2017 | 16:00

Sentyabrın 6-da Qəbələdə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu öndərin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüşlər. Daha sonra Qəbələ şəhər 5 saylı tam orta məktəbin akt zalında konfrans öz işinə başlamışdır.
Tədbiri Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Yaşar Nəzirov açaraq diqqətə çatdırmışdır ki, hesabat ilində rayonda 68 ümumtəhsil məktəbi, o cümlədən 53 tam orta, 12 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərmişdir.
Qeyd olunmuşdur ki, 2016-2017-ci dərs ilində  müəllimlər arasında  keçirilən diaqnostik qiymətləndirmə imtahanları zamanı  Qəbələ rayonundan 2130 nəfər müəllim iştirak etmiş, onlardan iki nəfəri maksimum nəticə olaraq 60 bal toplamışlar. Müəllimlərdən 385 nəfəri 50, 746 nəfəri 40, 669 nəfəri 30, 268  nəfər isə 20  baldan çox bal toplamışlar.
2016-2017-ci dərs ilinin əsas təhsil göstəriciləri haqqında məlumat verən natiq qeyd etmişdir ki, keçən dərs ilinin yekunlarına görə müvəffəqiyyət faizi 99,9% keyfiyyət göstəricisi isə 64,8 % olmuşdur. Biliyi qiymətləndirilən 15851- şagirddən 4719 - nəfəri əla, 5554 - nəfəri isə “4” və “5” qiymətlərlə, qalanları isə, “3” və “4” qiymətlərlə yuxarı siniflərə keçmişlər. Bildirilmişdir ki,  2016-2017-ci tədris ilində ali məktəblərə sənəd verən 850-nəfərdən 527-nəfəri tələbə adını qazanmış, onlardan 57-nəfəri 600-dən çox bal toplamışlar.
Konfransda RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri-başçınını müavini  Ətayə Osmanova, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov və 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin əməkdaşı Araz Babayev çıxış edərək son illər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrdən söz açıblar. Natiqlər yüksək göstəricilərin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndiriblər. Onlar bu uğurların qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.
Konfransda ötən tədris ilinin yekunları təhlil edilmiş,  yeni dərs ilində qarşıda duran məsələlər və görüləcək işlər ətraflı müzakirə olunub. Sonra bir qrup müəllim və şagirdə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Sonda Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.

Keçidlər