Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonun Seyidqışlaq və Cığatelli kəndlərində modul tipli orta məktəblərin, Aydınqışlaq kəndində isə əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasimi keçirilib.

21 sentyabr 2017 | 04:00

Rayonun Seyidqışlaq və Cığatelli kəndlərində modul tipli orta məktəblərin, Aydınqışlaq kəndində isə əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasimi keçirilib. Açılş mərasimində diqqətə çatdırılıb ki, 80 şagird yerlik Seyidqışlaq kənd ümumi orta məktəbi 10 sinif otağı, 1 müəllimlər otağı, kitabxana və digər yardımçı otaqlardan ibarətdir. Rayonda daha bir modul tipli məktəb Cığatelli kəndində istifadəyə verilmiş 56 şagird yerlik ümumi orta məktəbdə isə 7 sinif və 1 müəllimlər otağı var. Daha sonra nümayəndə heyəti Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasiminə də qatılıblar. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısıın müavini Ətayə Osmanova, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Firuddin Həmzəyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur. Açılış mərasimlərində çıxış edənlər təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən ətraflı danışmış, bu qayğının milli maarifçilik xüsusiyyətlərinin saxlanılması ilə dünya təhsil sisteminə inteqrasiya olunduğunu vuğulamışlar. Natiqlər Azərbaycan təhsilinin zəngin və mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etməsi sahəsində görülən işlərdən söz açaraq,  tədris ocağının pedoqoji kollektivini, şagirdləri və valideynləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Keçidlər