Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda işgüzar forum keçirilmişdir.

23 sentyabr 2017 | 16:00

Qəbələ rayonunda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Qəbələ rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyinin artılması məqsədi ilə yerli icra hakimiyyəti orqanının və bələdiyyələrin nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin maarifləndirilməsi mövzusunda” İşgüzar Forum keçirilib.Maarifləndirici İşgüzar Forumun keçirilməsində məqsəd torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin səmərəliliyini artırmaq, görülən işləri təkmilləşdirmək, torpaqların təyinatı üzrə istifadəsinin təşkilində Komitənin fəaliyyətini dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub. Forumda torpaq münasibətlərinin tənzimlənməsi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir dövrün çağrışları nəzərə alınaraq yeni prinsiplərin və mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib. Yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərin torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələri nəzərə çatdırılıb. Torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Bu sahədə normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə məlumat verilib. Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib. Onlara Komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq zəruri izahatlar verilib. 

Keçidlər