Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Montenegro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyəti Qəbələ Regional “ASAN xidmət” Mərkəzində olmuşlar.

28 sentyabr 2017 | 16:00

Montenegro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyəti Qəbələ Regional “ASAN xidmət” mərkəzinin iş fəaliyyəti ilə yaxından tanış olmuşlar. Regional mərkəzin inzibati binasında nümayəndə heyətini qarşılayan “ASAN xidmət” mərkəzinin direktor müavini Murad Kərimov qonaqlara xidmət mərkəzinin iş prinsipi, burada həyata keçirilən sosial aksiyalar və maraqlı layihələr haqqında ətraflı məlumat vermişdir.
Tanışlıq çərçivəsində qonaqlarda “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən könüllülərin fəaliyyəti, exit poll rəy sorğusunun, elektron şikayət köşkünün və“ASAN ödəniş” terminallarının iş prinsipi böyük maraq doğurmuş, onlar mərkəzin fəaliyyətini müsbət qiymətləndirmişlər.
Nümayəndə heyəti Qəbələ Regional “ASAN xidmət” mərkəzindən xoş təəsüratlarla ayrılmışlar.

Keçidlər