“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa.
Qəbələ rayon Gənclər və İdman idarəsi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar müvafiq tədbirlər planına əsasən 02 may 2013-cü il tarixdə Qəbələ Mədəniyyət Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirmişdir.Tədbir iştirakçıları ilk öncə Ulu öndərin abidəsi önünə gül qoyaraq onun xatirəsini yad etmişlər. Sonra Mədəniyyət Mərkəzinin konfrans zalında davam edən tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyevin ölkə həyatında hər bir sahədə olduğu kimi gənclərlə iş sahəsində gördüyü işlərdən, Dövlət Gənclər siyasəti haqqında qanunun Azərbaycan gəncliyinin inkişafına sürətli təkan verdiyindən, gənclərin məşğulluğunu, sosial müdafiəsinin təmin olunmasını stimullaşdırmasından danışaraq bu uğurlu siyasətin bu gün respublika Prezidenti cənab İlham Əliyev tərəfindən inamla aparıldığı haqda məruzə etmişdir.Daha sonra məruzə ətrafında YAP Qəbələ rayon Təşkilatı aparatının rəhbəri Elçin Tağıyev, YAP Qəbələ rayon Gənclər Birliyinin sədri Ramil Qəribov, Təhsil şöbəsi metodkabinetin rəhbəri Arifə Bayramova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı doğma Azərbaycanımızda sabitliyin və dinamikliyin, sosial-iqtisadi inkişafın, elm və təhsulin uğurlu inkişafından danışdılar. Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən “Böyük ömrün anları” filminə baxış keçirilmişdir.