“Qəbələ” “Qarabağ”ı minimal hesabla məğlub edib.
22 oktyabr 2017 | 16:00
Azərbaycan Premyer Liqasının IX turunun son qarşılaşmasında “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib.Qəbələ Şəhər Stadionunda baş hakim Ömər Paşayevin idarə etdiyi matçın səkkizinci dəqiqəsində Asif Məmmədovun qolu ilə hesabı meydan sahibləri açıb. Oyunun ilk hissəsi bu hesabla da başa çatıb.İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçsə də hesab dəyişməyib. Bu oyundan sonra "Qarabağ" və "Qəbələ" komandalarının hər birinin 19 xalı var. Turnir cədvəlinə isə "Qarabağ" başçılıq edir. "Qəbələ" isə bu oyunda aktivinə üç xal əlavə edərək ikinci pilləyə yüksəlib. Üçüncü yerdə 18 xalla "Zirə" qərarlaşıb.