Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması”mövzusunda dəyirmi masa keçirilmişdir.

06 noyabr 2017 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin və Rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarının sosial-iqtisadi inkişaf templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması” mövzusunda dəyirmi masa keçirilmişdir.
Toplantını Qəbələ Rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov açaraq ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlardan,  dövlət məşğulluq siyasətinin gücləndirilməsi istiqamətində atılmış addımlardan, əldə olunmuş müsbət nəticələrdən və qarşıda duran vəzifələrdən söz açmışdır. Natiq  əmək bazarı, əmək bazarının tənzimlənməsi və əmək bazarının başlıca xüsusiyyətləri barədə toplantı iştirakçılarına ətraflı məlumat vermişdir.
Daha sonra tədbirdə iştirak edən rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri, RİH başçısının müavini Arif Allahverdiyev son illərdə rayon iqtisadiyyatının inkişaf istiqamətləri, aparılan iri miqyaslı tikinti quruculuq işləri və yeni yaradılmış iş yerləri haqqında geniş məlumat vermişdir.  Dövlət Məşğuluq siyasətinin uğurla yerinə yetirilməsi üçün Məşğulluq Mərkəzi ilə işəgötürənlər arasında əməkdaşlığının zəruri olduğunu diqqətə çatdıran natiq əmək potensialının daha düzgün istifadə edilməsinin vacibliyini qeyd etmişdir. Toplantıda keçirilən tədbirin əhəmiyyətindən söz açılıb, görülən işlər, mövcud problemlər və onların həlli yolları geniş müzakirə olunub,  idarə və təşkilatlarla əlaqələrin daha yaxından qurulması istiqamətdə belə maarifləndirici tədbirlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

Keçidlər