Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Rayonunun bütün idarə, təşkilat və müəssisələrində, habelə ümumtəhsil məktəblərində “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” təntənə ilə qeyd olunmuşdur. Bayram tədbirlərində vətəndaşların dövlət rəmzlərinə, dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, uşaqların, yeniyetmə və gənclərin bu istiqamətdə daha da dərindən məlumatlandırılması ilə bağlı məruzə və çıxışlar dinlənilmişdir. Noyabrın 8-də isə Qəbələ Mədəniyyət Mərkəzində “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə təntənəli ümumrayon bayram şənliyi keçirilmişdir. Təntənəli bayram tədbirində rayon icra hakimiyyətinin, əmək kollektivlərinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Mədəniyyət mərkəzinin bayram münasibətilə hazırladığı maraqlı ədəbi-bədii kompozisiya iştirakçılara xoş ovqat bəxş etmişdir.