Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Qəbələdə.

11 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün nəzərdə tutulan “Ölkəmizi tanıyaq” adlı növbəti maarifləndirici tur-aksiyaya start verilib.
Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Biləsuvar, Kürdəmir, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, Ucar, Xocavənd, Laçın, Xocalı və Kəlbəcər məktəblilərindən ibarət qrupların üzvləri noyabrın 11-də, günorta saatlarında Qəbələ rayonuna gəliblər. Şagirdləri Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri qarşılayıblar.
Rayondakı “Qafqaz Karvansaray” və “Qafqaz Sport” otellərinə yerləşən şagirdlər nahar etdikdən sonra Qəbələ ilə tanış olmağa başlayıblar. Ümumilikdə 440 nəfər şagird və onlara rəhbərlik edən müəllimlərin iştirakı ilə əvvəlcə proqrama uyğun olaraq Dəmiraparan çayının sahilində “Ölkəmizi tanıyaq” devizi altında ağacəkmə aksiyası keçirilib. İDEA İctimai Birliyinin təşəbbüsü, Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yaşıllaşdırma aksiyası zamanı məktəblilər 400-dən çox küknar, ağcaqayın və palıd ağacı əkərək onları suvarıblar. Sonra gəzinti zaman şagirdlərə Qəbələ-Şəki-Zaqatala marşurutu üzrə təşkil ediləcək və maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyəti barədə geniş məlumat verilib. Bildirilib ki, onlar tur-aksiyanın proqramına uyğun olaraq rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəniyyət abidələri, turizm obyektləri, muzeylər ilə yaxından tanış olacaqlar. Sonra şagirdlər Nohur gölünə səfər ediblər. Sıx meşəlik və dağlıq ərazidə yerləşən gölün ətrafında gəzintiyə çıxan məktəblilər xatirə şəkilləri çəkdiriblər. Məlumat verilib ki, dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən Nohur gölünün uzunluğu 1925, eni 1355 metr, sahəsi isə 240 hektardır. Gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır. Tur-aksiya çərçivəsində  şagirdlər rayonun Yengicə kəndindəki “Zoopark”a yaxından tanış olublar. Daha sonra aksiya iştirakçıları üçün Qəbələ Mədəniyyət Mərkəzində konsert proqramı təqdim olunub. Maraqlı təşkil olunmuş konsert proqramında xalq və bəstəkar mahnıları, aşıq musiqiləri səsləndirilib, milli musiqilərin sədası altında rəqslər nümayiş olunub. Maarifləndirici tur-aksiya davam edir.

Foto qalereya

Keçidlər