Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Qəbələdən xoş təəsüratlarla ayrılmışlar.

15 noyabr 2017 | 02:00

“Ölkəmizi tanıyaq” devizi altında Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə keçirilən tur-aksiyada iştirak edən Biləsuvar, Kürdəmir, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, Ucar, Xocavənd, Laçın, Xocalı və Kəlbəcər
rayonlardan olan məktəblilər aksiya çərçivəsində Qəbələ rayonu ilə yaxından tanış olmuşlar. Tur-aksiya iştirakçılarına Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Aksiya iştirakçılarına 900 il Qafqaz Albaniyasının paytaxtı olan və bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim və müasir Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun coğrafiyası, etnoqrafiyası, əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumatlar verilmişdir. Səfər çərçivəsində məktəblilər rayonun tarixi-mədəni məkanları, istirahət-sağlamlıq mərkəzləri, istehsal müəssisələri və müasir turizm infrastrukturu ilə yaxından tanış olmuşlar. Tur-aksiyada iştirak edən məktəblilər Qəbələdən xoş təəsüratlarla ayrılmışlar.

Foto qalereya

Keçidlər