Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ məktəbliləri Respublikamızın şimal bölgəsi ilə tanış olacaqlar.

15 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Respublikanın ümumtəhsil məktəblərininin IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 16-da Qəbələ məktəbliləri Quba-Qusar və Xaçmaz rayonlarına yola düşəcəklər. Bu barədə RİH-də keçirilən yığıncaqda Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev məlumat vermişdir. Tur-aksiyada iştirak edəcək şagirdlərin, müəllimlərin, eləcə də bir qrup valideynlərin, müvafiq dövlət idarələrinin və əlaqədar təşkilatların rəhbərlərinin qatıldıqları yığıncaqda Səbuhi Abdullayev “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların əhəmiyyətindən söz açmış, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədinin gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunması, onlarda vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət hisslərinin aşılanması, habelə dünyagörüşlərinin daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Qeyd etmişdir ki, 4 il ərzində 7 istiqamət üzrə ölkəmizin bütün bölgələrinin əhatə olunduğu tur-aksiyalarda ümumilikdə 13 min 648 məktəbli iştirak etmişdir. Cari ilin noyabr ayının 11-14 və 16-19 tariixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər rayondan 3213 nəfərin iştirakı, bununla da iştirakçıların sayının 17 minə çatdırılması nəzərdə tutulmuşdur. Yığıncaqdakı çıxışında Səbuhi Abdullayev tədbir iştirakçılarına bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyevin qətiyyəti və iradəsi ilə “Əsrin müqaviləsi” adlı neft müqaviləsinin vaxtının uzadılması, TAP və TANAP layihələrinin uğurla icra olunması, bu günlərdə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu və bu kimi digər beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi nəticəsində ulu öndər Heydər Əliyevin qurub-yaratdığı Azərbaycanın dinamik inkişafı təmin olunmuş, şəhər və rayonlarımızın siması əhəmiyyətli dərəcədə dəyişmişdir. Çıxışı zamanı rayon icra hakimiyyətinin başçısı vurğulamışdır ki, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına, ekologiyanın qorunmasına göstərilən diqqət, hər il ölkə vətəndaşlarının pulsuz müayinəyə cəlb edilməsi, şəhid və əlil ailələrinə, qaçqın və məcburi köçkünlərə, aztəminatlı ailələrə dövlət qayğısının artırılması, vətəndaşların rifahının yaxşılaşdırılması, bütün bunlar insan kapitalına xidmət edir və sosial-iqtisadi inkişafımızın yüksələn xətt üzrə inkişafından xəbər verir. O, qeyd etmişdir ki, hərbi vətənpərvərlik ruhunda yetişən cəsur gənclərimizin 2016-cı ilin aprel döyüşlərində göstərdikləri qəhrəmanlıqlar, böyük qayıdışın ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması bizi daha da ruhlandırır, yeni qələbələrə səsləyir. Ölkəmizdə sabitliyin qorunub saxlanılması, Azərbaycanın dünyəvi tolerant, multikultural dövlətə çevrilməsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Səbuhi Abdullayev demişdir ki, ölkədə həyata keçirilən mütərəqqi layihələrin fonunda təşkil olunmuş “Ölkəmizi tanıyaq” tur-aksiyasının əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin memarı olduğu Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda gedən dinamik sosial-iqtisadi inkişaf nəticəsində gündən-günə abadlaşan şəhər və rayonlarımızın bu günü barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Rayon icra hakimiyyətinin başçısı bildirmişdir ki, ekskursiya zamanı məktəblilər Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra qlobal layihələr barədə də məlumatlandırılacaqlar. Aksiyanın çərçivəsində məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları təşkil olunacaq, qaliblərə xatirə hədiyyələri veriləcək, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil ediləcək. Çıxışının sonunda Səbuhi Abdullayev tur-aksiya iştirakçılarına uğurlar arzulamışdır. Yığıncaqda çıxış edən valideynlər, müəllimlər və məktəblilər tur-aksiyanın təşkilatçılarına və ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Foto qalereya

Keçidlər