Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Qəbələ rayon məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarına tur-səfərinə yola salınıblar.

17 noyabr 2017 | 02:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün  təşkil olunmuş  “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində  Qəbələ rayon məktəblilərinin   Quba, Qusar və Xaçmaz rayonlarına tur-səfərlərinə yola salınması mərasimi keçirilmişdir. Qəbələ şəhərinin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önündə təşkil olunan yola salma mərasimində çıxış edən rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısının müavini Ətayə Osmanova ölkə başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən söz açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaları da məhz bu amala xidmət edir. Mərasimdə rayon təhsil şöbəsinin müdiri əvəzi Yaşar Nəzirov çıxış edərək diqqətə çatdırmışdır ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Valideyin Məmmədov Qabil çıxış edərək bildirdi ki, bu tur-aksiyalar ölkə prezidenti cənab İlham Əliyevin gənc nəslin hər tərəfli vətəndaş kimi yetişməsinə göstərdiyi qayğısının təzahürüdür. Bizim balalarımız bu tur aksiyada vətənimizi daha yaxından tanıyacaqlar. Bu aksiyanın keçirilməsinə xüsusi diqqətlə yanaşan ölkə başçımıza bütün valideynlər adından minnətdarlığımı bildirirəm. Toplantıda Savalan kənd ümumi orta məktəbin IX sinif şagirdi Leyla Şükürova çıxış edərək qeyd etmişdir ki, “Respublikamızın bir çox bölgəsində olmuşam. Bu tur-aksiyada isə şagird dostlarımla birgə Quba, Qusar və Xaçmaz rayonlarının təbiəti, görməli yerləri ilə tanış olacağıq. Səfər zamanı ölkəmizin tarixi, adət-ənənələri, inkişafı barədə zəngin məlumatlar toplayacağıq. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm. Daha sonra tur-aksiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi  önünə tər güllər düzmüşlər.  Maarifləndirici tur aksiyanın təşkil olunması üçün rayon icra hakimiyyəti tərəfindən qərargah yaradılıb. Rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov qrupa rəhbər təyin olunub, şagirdlərə xüsusi geyimlər paylanılıb. Yolasalma mərasimində iştirak edən valideynlər və məktəblilər ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Sonda tur-aksiyada iştirak edən şagirdlər musiqi sədaları altında onlar üçün ayrılmış xüsusi avtobusla Quba istiqamətinə yola düşüblər.

Foto qalereya

Keçidlər