12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə YAP Qəbələ rayon təşkilatında tədbir keçirilmişdir
YAP Qəbələ rayon təşkilatında keçirilən tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.Tədbiri giriş sözü ilə açan YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrilmişdir. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. İctimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. Qazandığımız nailiyyətlərin başlıca şərti Heydər Əliyev siyasətinə olan sədaqətimizdir. Məruzə ətrafında çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci dövründə, istərsə də ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdılar. Tədbirin sonunda Qəbələ rayonu Nicat Apayev adına şəhər 4 saylı tam orta məktəbin şagirdləri Ulu Öndər Heydər Əliyevə əziz xatirəsini şeirlər söyləmişlər.