Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür adlı tədbir keçirilib

12 iyun 2025 | 03:20

12 iyun 2025-ci il tarixdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq səfirlər məclisinin Qəbələ rayon üzrə nümayəndəliyinin təşəbbüsü ilə keçirilən tədbirin məqsədi cəmiyyətin diqqətini mövcud problemlərə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır. Müzakirələr zamanı ölkəmizdə uşaq əməyinin istismarı hallarına qarşı həyata keçirilən maarifləndirmə tədbirlərindən, uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilmiş, təkliflər dinlənilmişdir.

 

Keçidlər