"Tour d`Azerbaidjan" beynəlxalq velosiped turununun dördüncü mərhələsinə Qəbələ şəhərindən start verildi.
Bu gün Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d`Azerbaidjan" beynəlxalq velosiped turununun dördüncü mərhələsinə Qəbələ şəhərinin mərkəzindən, rayon icra hakimiyyətinin qarşısından rayon tamaşaçılarının alqışları altında start verilib. İdmançılar turun dördüncü mərhələsi üzrə "Qəbələ - Şamaxı" marşrutu üzrə 116 km-lik məsafəni qət etdikdən sonra Şamaxı şəhərində Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttinə çatacaqlar. Xatırladaq ki, “Tour d`Azerbaidjan” veloyürüşü mayın 5-dək davam edəcəkdir. Turnirdə qələbə uğrunda 25 komanda, o cümlədən 17 qitə komandası, 2 klub komandası və 6 yığma komanda mübarizə aparır. Hər komandaya 6 yürüşçü daxildir. Azərbaycanı turnirdə “Synergy Baku Cycling Project” komandası təmsil edir.