Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Qəbələ rayon məktəbliləri Azərbaycanın şimal bölgəsi ilə tanış olacaqlar.

18 noyabr 2017 | 02:00

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ rayonunu təmsil edən ümumtəhsil məktəblərinin 40 nəfərdən ibarət IX-XI sinif şagirdləri şimal bölgəsinə ekskursiyaya gəliblər. Quba şəhərinə gələn məktəblilər buradakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təmtəraqla qarşılanıblar. Məktəblilər parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlara rayon haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinə gələn tur-aksiya iştirakçıları burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən muzeyə baxıblar. Mərkəzdə, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə ölkəmizin müxtəlif bölgələrinə səfərlərini əks elətdirən fotoguşələrə baxış keçiriblər. Quba rayonunda “Cənnət Bağı” istirahət mərkəzində yerləşdirilmiş aksiya iştirakçıları daha sonra Gənclər Mərkəzi ilə yaxından tanış olublar.  Proqrama əsasən ekskursiyada iştirak edən məktəblilər noyabrın 19-dək Quba, Qusar və Xaçmaz rayonlarının görməli yerlərinə, tarixi abidələrinə ekskursiya edəcəklər. Maarifləndirici tur-aksiya davam edir.

Foto qalereya

 

Keçidlər