Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

"Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Qəbələ rayon məktəbliləri Azərbaycanın şimal bölgəsinə tur aksiyası davam edir.

19 noyabr 2017 | 02:00

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ rayonunu təmsil edən məktəblilərin  Quba və Qusar rayonlarının görməli yerləri ilə tanışlığı davam edir. Qəbələ rayonunu təmsil edən məktəblilərindən ibarət qrup noyabrın 17-də Azərbaycanın şimal qapısı olan Qusar rayonuna gəliblər. Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, regionların inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Qusarın da simasını tamamilə dəyişib. Rayonda tikinti-quruculuq, abadlıq işləri intensiv həyata keçirilir, təhsil, səhiyyə, mədəniyyət sahələrində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Bu irəliləyişi təmin edən əsas amil Prezident İlham Əliyevin Qusara, onun tərəqqisinə, insanlarının rifahına qayğısıdır. Bir neçə dəfə Qusarda səfərdə olan dövlətimizin başçısı hər dəfə də neçə-neçə obyektin istifadəyə verilməsində, yeni tikililərin təməlqoyma mərasimlərində iştirak edib. “Şahdağ” Turizm Mərkəzi ilə tanışlıq zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, turizm mərkəzi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” Turizm Mərkəzində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Turizm mərkəzi ilə tanışlıq zamanı məktəblilər kompleksdə təqdim olunan xidmətlərdən pulsuz istifadə ediblər. Günün ikinci yarısında məktəblilər rayonun Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar. Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.

Foto qalereya

Keçidlər