Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Tur- aksiya iştirakçılarının valideynləri ilə görüş keçirilib.

21 noyabr 2017 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçılarının bir qrupunun valideynlərini qəbul etmişdir. Görüşdə rayon icra hakimiyyətinin başçısı bildirmişdir ki, artıq dördüncü ildir ki,dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını alıb. Səbuhi Abdullayev qeyd edib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
16-19 noyabr 2017- ci il tarıxdə təşkil olunmuş tur-aksiyada Qəbələdən 40 məktəblinin içtirak etdiyini vurğrlayan icra başçısı qeyd etmişdir ki, Quba-Qusar-Xaçmaz rayonlarına səfər etmiş həmin məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələrlə tanış olmuş, Azərbaycanın multikultural ənənələrə malik çoxəsrlik tolerantlıq məkanı olan bölgəsini gəzmişlər.
Səbuhi Abdullayev səfər çərçivəsində şagirdlərin iştirakı ilə keçirilən intellektual oyunlarda məktəblilərimizin ikinci yeri tutması və kubokla təltif edilməsi münasibətilə qrupun rəhbərinə və valideynlərə öz təşəkkürünü bildirib.
Görüş zamanı məktəblilərin intellektual oyunlarda qazandıqları kubok Səbuhi Abdullayevə təqdim olundu.
Qrupun rəhbəri rayon icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov Qəbələ məktəblilərinin nümunəvi davranışları ilə hamının diqqətini çəkdiyini, bununla əlaqədar yerləşdikləri “Cənnət bağı” istirahət mərkəzinin müdriyyəti tərəfindən rayon icra hakimiyyətinin başçısına ünvanladığı təşəkkür məktubunu Səbuhi Abdullayevə təqdim etdi.
Görüşdə çıxış edən valideynlər ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyasının təşkilinə görə minnətdarlıqlarını ifadə etmişlər. Görüşü Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev yekunlaşdırmışdır.

Keçidlər