Qəbələdə ASAN könüllülərinin III spartakiadası keçirilib.
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı ilə "Sağlamlıq Günü, ASAN Könüllülərinin III Spartakiadası" layihəsi həyata keçirilmişdir. Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Mahir Hətəmovun layihə rəhbəri olduğu “ASAN Könüllülərinin III spartakiadası”nın əsas məqsədi ölkənin milli idman strategiyasının dəstəklənməsi, gənclər arasında idmanın təbliği ilə sağlam nəslin formalaşdırılmasına töhfə verməkdir. Qəbələ şəhərində reallaşan layihədə 7 fərqli bölgədən olan gənc iştirakçılar müxtəlif idman növləri üzrə fərdi və komandalar şəklində mübarizə aparmışdırlar. İştirakçılar voleybol, tennis, kəndirdartma, qaçış və digər idman növləri üzrə öz güclərini sınamışlar. Tədbirin sonunda ümumi idman növləri üzrə ən çox xal qazanaraq I, II, III yerləri tutmuş komanda üzvləri medallarla təltif olunmuşdur. Spartakiadanın növbəti kuboku I yeri tutmuş komandaya təhvil verilmişdir.