Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətənpərvərlik tərbiyəsi mövzusunda konfrans.

30 noyabr 2017 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib. Qəbələ Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin, eləcədə rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransın plenar içlasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının müqəddəs xatirəsi bir dəqəqəlik sükutla anılıb.
Konfransda giriş nitqi ilə çıxış edən Səbuhi Abdullayev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin təməl prinsiplərindən olan milli ideologiyamızın və mənəvi dəyərlərimizin yaşadılması üçün bu gün ölkəmizdəki bütün xalqların vahid bayraq, vahid milli mənafelər, vahid hədəflər uğrunda sıx birləşmişdiyini bildirib. Gənc nəslin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, gənclərimizin dövlət idarəçiliyinin bütün strukturunda təmsil olunduğunu vurğulayan başçı azərbaycançılıq ideyası və onun gənclər üzərinə qoyduğu məsuliyyətdən ətraflı danışıb.
Sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək dövlətçiliyimizin gələcəyinin etibarlı təminatının sağlam gənclik yetişdirməkdən asılı olduğunu deyib. Heydər Əliyevin azərbaycançılıq ideologiyasının milli birlik yaratdığını söyləyən nazir müavini ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərdə gənclərin rolundan danışıb. O, bu gün gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində cəmiyyətin hər bir vətəndaşının da üzərinə çox mühüm vəzifələr düşdüyünü söyləyib. Daha sonra konfransda millət vəkili Şahin İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatının Milli Şurasının sədri Seymur Hüseynov, Qəbələ şəhər 4 nömrəli tam oorta məktəbin müəllimi Mətanət Mahmudova, Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Anar Məhərrəmov, Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin müəllimi Vüsalə Qəribova və digərləri çıxış edərək ümummilli lider Heydər Əliyevin azərbaycançılıq
idealogiyasının gənclərin vətənpərvərlik tərbiyəsində rolundan danışıb, gənclərin Azərbaycançılıq ruhunda böyüməsi, onlara vətənpərvərlik hisslərinin aşılanması və inkişaf etdirilməsi bu gün dövlət siyasətinin ən vacib istiqamətlərindən biri olduğunu vurğulayıblar.
Yekunda Gənclər və İdman Nazirliyi tərəfindən tələbələr arasında “Azərbaycançılıq və gənclik”, “Multikultural dəyərlər və gənclik” mövzularında keçirilən esse müsabiqələri qaliblərinin mükafatlandırılması mərasimi olub.
Konfrans Azərbaycanın populyar ifaçılarının iştirakı ilə təşkil edilən geniş konsert proqramı ilə başa çatıb.

Foto qalereya

Keçidlər