Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Milli-mənəvi dəyərlərimizə həsr olunmuş konfrans keçirilib.

01 dekabr 2017 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda konfrans keçirilib.
“Qafqaz Resort” Otelin konfrans zalında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı açan Qəbələ Rayon İcra Hakimiyətinin başçısı Səbuhi Abdullayev çıxışında milli dəyərlərimizin qorunması və inkişafının ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, milli dəyərlərimizə, soykökümüzə qayıdışı, milli hisslərimizin oyanışını diqqət mərkəzində saxlayan ümummilli liderin Azərbaycana rəhbərliyi dövründə xalqımızın milli dirçəlişinin əsasının qoyulduğunu bildirib.
Səbuhi Abdullayev ümummilli liderin vəsiyyətlərinin, onun ideyalarının həyata keçirilməsi ilə bağlı bu gün müstəqil Azərbaycan gəncliyinin üzərinə çox böyük və məsuliyyətli vəzifələr düşdüyünü, millətin gələcəyi olan gənclərin cəmiyyətin ən perspektivli sosial təbəqəsi olduğunu diqqətə çatdırıb. O, bu gün nümunəvi təhsil almağın, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyin, yüksək intellektə malik modern və əsl vətəndaş kimi formalaşmağın müasir gəncliyin qarşısında duran hədəf olduğunu bildirib.
RİH-nin başçısı ümummilli lider Heydər Əliyevin milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirdiyini, ona görə də ölkəmizdə dövlət quruculuğu sahəsində gənclərin rolunun artırılması istiqamətində ulu öndər tərəfindən bir çox fərman və sərəncamlar imzalandığını, o cümlədən 29 iyul 1999-cu il tarixli Fərmanı ilə “Gənclər siyasəti haqqında” Proqram təsdiq olunduğunu qeyd edib.
Rayon icra hakimiyyətinin başçısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan gənclərinin çalışdıqları bütün sahələrdə özlərini doğrultduğunu, milli-mənəvi dəyərlərin sistem kimi formalaşdırılması prosesində gənclərimizin fəal mövqe tutduğunu və bu dəyərlərin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması istiqamətində çox böyük işlər gördüklərini qeyd edib.
Səbuhi Abdullayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının da ana xəttinin gənclərdə yüksək humanizm hisslərinin aşılanması, onların intellektual səviyyəsinin artırılması məqsədinə xidmət etdiyini vurğulayıb.
Sonra Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında ölkədə qloballaşma hərəkatının, mədəni inteqrasiya və öz soykökünə bağlanma prosesinin önündə gedən gənc nəslin tarixin süzgəcindən keçən milli adətlərimizi və mənəvi dəyərlərimizi yaşatdığını, inkişaf etdirdiyini və təmin etdiyini qeyd edib.
İntiqam Babayev Azərbaycan Respublikasının müstəqillik yolu ilə inamla irəlilədiyi, demokratik, hüquqi, sivil və açıq cəmiyyət qurduğu bir vaxtda milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslə aşılanmasının xüsusilə aktuallıq kəsb etdiyini, hər bir xalqın tarixi yetkinləşmə və təkamül prosesini dövlətçilik ənənələri ilə yanaşı, zəngin milli-mənəvi irsi, ali dəyərləri ilə də müəyyən etdiyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının təməl prinsiplərindən olan multikulturalizm və tolerantlığın əslində Azərbaycan xalqının həyat tərzi olduğunu, bu mənəvi dəyərlərimizin yaşadılması və inkişaf etdirilməsi istiqamətində möhtərəm Prezidentitmiz cənab İlham Əliyevin apardığı müdrik siyasət sayəsində ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndiyini bildirib.
Konfransda Qəbələ “Cümə Məscidi”nin imamı Saleh Şirinov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov,YAP Qəbələ Rayon Gənclər Birliyinin sədri Namiq Ağayev,Yengicə kənd ümumi orta məktəbin müəllimi Günay Cəlilova, ASAN xidmətin əməkdaşı Şəbnəm Nərimanlı mövzu ətrafında çıxış ediblər.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev konfransı yekunlaşdırıb.
Sonda suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” filmi nümayiş etdirilib

Foto qalereya

Keçidlər