“Qəbələ” öz meydanında “Keşlə”ni böyük hesabla məğlub edib.
05 dekabr 2017 | 02:00
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turu çərçivəsində Qəbələ şəhər stadionunda “Qəbələ” komandası “Keşlə”ni qəbul edib. Matçın 24-cü dəqiqəsində Dabo meydan sahiblərini hesabda irəli çıxarıb – 1:0. İlk hissə bu hesabla başa çatıb. Görüşün ikinci hissəsində meydan sahiblərinin Xorvatiyalı üzvü Ozobiç dubl edib. Beləliklə, Roman Qriqorçukun yetirmələri “Keşlə”ni 3:0 hesabı ilə məğlub edərək turnir cədvəlinin ikinci pilləsinə yüksəliblər.