Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Nic qəsəbəsində “Pasxa” bayramı qeyd edilib

06 may 2013 | 15:00

Rayonun  Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər. Nic qəsəbəsindəki Cotari alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udin icmasının rəhbəri, kilsənin keşişi, və icmanın üzvləri çıxış edərək “Pasxa” bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb, bayram münasibətilə insanları təbrik ediblər. Udinlər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını, Nic kilsəsinin əsaslı şəkildə bərpasını ölkədə tolerantlığa gözəl nümunə olduğunu qeyd ediblər. Kilsədə şamlar yandırılıb, dualar oxunub.
Qeyd edək ki, keçmiş sovet dövründə  udinlərə öz bayramlarını qeyd etmək qadağan olunurdu. Yalnız 2002-ci ildə əsaslı təmir və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə verilib. Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Qəsəbədə 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xiristianların ziyarət etdiyi 5-6 pir var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Azərbaycanda isə 4000 udin yaşayır ki, onların 300-ü Oğuz və Bakıda qeydiyyatdadır. Dünyada yaşayan udinlərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nic qəsəbəsindəki  məktəblərin ibtidai siniflərində udin dili tədris olunur.

Keçidlər