Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

23 dekabr 2017 | 16:00

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB), Səhiyyə Nazirliyi və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə dekabrın 23-də Qəbələ Heydər Əliyev Konqres Mərkəzində ətraf 15 rayonda onkologiya və ümumi terapiya sahəsində fəaliyyət göstərən 150-dən çox həkim üçün “Onkoloji xəstəliklərin müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda Milli Onkologiya Mərkəzinin yüksəkixtisaslı həkim heyəti müxtəlif məruzələrlə çıxış ediblər.
Konfransı Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli konfransı açaraq, ölkəmizdə bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edib ki, bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına müsbət təsir göstərib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində aparılan uğurlu islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni nailiyyətlərə yol açıb.
Vurğulanıb ki, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl səhiyyə müəssisələri ilə müqayisə edilir. Milli Onkologiya Mərkəzi ümumdünya Səhiyyə Təşkilatı, “MD Anderson” və “Sloan Kettering” Onkoloji mərkəzləri, Avropa Nüvə Təbabəti Assosiasiyası və digər nüfuzlu mərkəzlərlə, təşkilatlarla əməkdaşlığını davam etdirir. Konfransda Mərkəzin baş-boyun şişləri şöbəsinin cərrah-onkoloqu, professor Əziz Əliyev “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”,  mərkəzin həkimlərinin - professor Reyman İsmayılzadənin “Uşaqlarda onkoloji xəstəliklərə ilkin yanaşma”, tibb elmləri doktorları Fuad Quliyevin “Onkourologiyada diaqnostika və müalicə”, Elturan İsmayılovun “Xərçəng xəstəliyinin profilaktikası”, Fuad Novruzovun “Nüvə təbabəti (PET KA)”, Tahir Nəcəfovun “Süd vəzi xərçənginin müasir diaqnostika və müalicə üsulları”, Şəmistan Alıyevin “Uşaqlıq boynu xərçənginin erkən diaqnostikası və müalicəsi” və həkim Yusif Əliyarovun “Yoğun bağırsağın xərçəngi-profilaktika və kolonoskopiya” mövzularında çıxışları dinlənilib. Mərkəzin həkimlərinin xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir yanaşmaları özündə əks etdirən çıxışları maraqla qarşılanıb.
Konfransda xərçəng xəstəliyinin cərrahi əməliyyatlarında tətbiq edilən yeni üsullar videogörüntülər vasitəsilə izah olunub, suallar cavablandırılıb.

Keçidlər