Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

2017-ci il ərzində rayonda Ulu Öndər Heydər Əliyev ideyalarının həyata keçirilməsi istiqamətində görülmüş işlərin yekununlarına həsr olunmuş tədbir keçirilmişdir.

27 dekabr 2017 | 16:00

Mədəniyyət və Turizm Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə dekabrın 26-da Heydər Əliyev Mərkəzində müəssisənin 2017-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Mərasimdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı Regional Turizm və Mədəniyyət Şöbəsinin rəisi Pərviz İskəndərli, Mədəniyyətşünaslıq üzrə Respublika Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Ümumrusiya Metodiki Şurasının sədr müavini Andrey Belyayev, Qobustan, Şamaxı, İsmayıllı, Ağsu rayonlarının təmsilçiləri və digər rəsmi şəxslər iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderin mərkəzdəki büstünün önünə gül dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzinin direktoru Zərxanım Ağayeva tədbiri açaraq 2017-ci ildə mərkəzdə görülən işlər barədə hesabat vermişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Heydər Əliyevin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri, Azərbaycan xalqının ümummilli lideri kimi ən ali keyfiyyətlərə malik şəxsiyyət olduğunu bildirib.
Heydər Əliyevin uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi dövlət kimi tanındığını qeyd edən Səbuhi Abdullayev ulu öndərin doğru olaraq, ölkə vətəndaşlarını vahid ideya, bir məqsəd ətrafında birləşdirdiyini, xalqın milli-mənəvi varlığını, onun kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemi olan “Azərbaycançılıq” ideologiyasını seçdiyini diqqətə çatdırmışdır.
Regional Turizm və Mədəniyyət Şöbəsinin rəisi Pərviz İskəndərli çıxışında Heydər Əliyev Mərkəzində ümummilli lideri siyasi fəaliyyəti ilə bağlı tarixi əşyaların, fotoşəkillərin, müxtəlif sənədlərin və maddi mədəniyyət nümunələrinin mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliği istiqamətində çox böyük işlər görüldüyünü və buranın ulu öndərin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin, siyasi irsinin tədqiq olunduğu, qorunub saxlanıldığı müqəddəs bir məbəd olduğunu qeyd etmişdir.
Pərviz İskəndərli rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif edildiyini bildirərək, həmin mükafatı ona təqdim etmişdir. Eləcə də tədbirdə Respublika Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyev, Ağsu Rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə və digərləri çıxış etmişlər.
Mərasimdə Heydər Əliyevin ideyalarının həyata keçirilməsindəki fəaliyyətlərinə görə bir qrup gənclər Mədəniyyət Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunmuşlar.

Foto qalereya

Keçidlər