“Akhisar Bələdiyyəspor”-“Qəbələ” oyunu heç-heçə yekunlaşıb.
12 yanvar 2018 | 07:00
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu yanvarın 10-da ilk yoxlama oyununu keçirib. 2017-2018-ci il mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində təşkil olunan qarşılaşma “qırmızı-qaralar”ın yeni ildə ilk matçı olub. Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun yetirmələri Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşüb. Görüş 1:1 hesablı heç-heçə yekunlaşıb. “Qəbələ”nin heyətində Filip Ozobiç fərqlənib.