Aqrar sahənin inkişafı diqqət mərkəzindədir.
Dövlət tərəfindən aqrar sahənin inkişafına göstərilən diqqət və qayğının ildən-ilə artması nəticəsində Qəbələ rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əhəmiyyətli dərəcədə dəyişiklik hiss olunmuşdur. Son zamanlar rayona kənd təsərrüfatı, meyvəçilik və tərəvəzçilik məhsullarının istehsalına marağın xeyli artması nəticəsində vətəndaşlar tərəfindən əldə olunan kənd təsərrüfatı məhsullarının rayonda fəaliyyət göstərən emal müəssisələrinə satışı ilə yanaşı Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında da iştirakı təmin olunmuşdur. Belə ki, 2017-ci il ərzində paytaxta təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satışı yarmarkasında rayonun kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 41,2 ton tumlu, 27,4 ton qərzəkli meyvələr və 6,5 ton müxtəlif növ tərəvəz məhsulları çıxarılaraq əhaliyə satışı təşkil olunmuşdur. Alıcı və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış yarmarkada, məhsulların keyfiyyətli olması ilə yanaşı süni qiymət artımının olmaması nəzarətdə saxlanılmışdır.