Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ”nin boksçuları paytaxt birinciliyində dörd medal qazanıblar.

16 yanvar 2018 | 16:00

Yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü yoxlayıb. 2002-2003-cü il təvəllüdlü boksçuların 4 günlük mübarizəsində “Qəbələ” idman klubunun təmsilçiləri də uğurlu çıxış ediblər.Klubun yetirmələri birincilikdə 2 qızıl, 2 bürünc medal qazanıblar. Nihad Ağakişiyev (44 kq) və Nurlan Qasımov (70 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Yarımfinalda mübarizəni dayandıran Əli Mirzəyev (50 kq) və İlqar Tarverdiyev (52 kq) bürünc medal qazanıblar. “Qəbələ” komanda hesabında ikinci yeri tutub. 14 çəki dərəcəsi üzrə keçirilən yarışda paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qüvvəsini sınayıb.

Keçidlər