20 Yanvar xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək.
Qəbələ Peşə Məktəbində “20 Yanvar-Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Məktəbin psixoloqu Zenfilə Hüseynova açdı. Vətənimizin müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Qanlı 20 yanvar hadisələrini əks etdirən video çarx nümayiş olundu. Tədbir Məktəbin şagirdləri tərəfindən hazırlanmış bədii kompozisiya ilə davam etdirildi. Tədbirdə Məktəbin direktoru Azad Məmmədov, tədris istehsal işləri üzrə direktor müavini Camal Rəsulov, şagirdlərdən Yunus Alxasov, Türkan Davudova və başqaları çıxış etdilər. Çıxışlarda şəhidlərin xatirəsi dərin hörmətlə yad edilərək bildirildi ki, qoy onların əziz ruhları şad olsun ki, bu gün canları, qanları bahasına başa gələn istiqlalımız daha da möhkəmlənərək inamlı zirvələrə doğru irəliləyir. Günü-gündən inkişaf edən müstəqil ölkəmiz bu gün beynəlxalq aləmdə böyük nüfuza malikdir.