Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 20 yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi günü kimi qeyd olunmuşdur.

20 yanvar 2018 | 16:00

Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində özünəməxsus yer tutan 1990-cı ilin 20 yanvar günü müstəqillık və azadlıq uğrunda güclü imperiyaya qarşı müqavimət göstərərkən həlak olmuş, itkin düşmüş insanların xatirəsi günü kimi hər il dövlət səviyyəsində qeyd olunur. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar Ümumxalq hüzn gününün iyirmisəkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” na uyğun olaraq yaşayış məntəqələrində silsilə xatirə tədbirləri keçirilmişdir. Rayonun bütün ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, idarə və təşkilatlarda təşkil olunmuş tədbirlərdə 20 yanvar qətliamı Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi xarakterizə olunmuşdur. Mədəni-maarif və təhsil ocqlarında 20 Yanvar faciəsini əks etdirən stendlər, rəsm sərgiləri, seir, inşa yazı müsabiqələri, ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində digər mövzu tədbirləri həyata keçirilmişdir. Yanvarın 19-da ilk dərslər 20 yanvar hadisələrinə və şəhidlərimizin qəhrəmanlıq mübarizəsinə həsr olunmuşdur. Ümumxalq hüzn günü ilə əlaqədar rayon sakinləri şəhərdəki Şəhidlər Xiyabanına ziyarətə gəlmişlər. Şəhidlərin ruhuna Qurani-Kərimdən surələr oxunmuşdur. Ziyarətə gələn insanlar xalqımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə ucaldılmış  kompleksə gül dəstələri düzmüşlər. Qəbələlilər o müdhiş gecə canını vətən uğrunda fəda etmiş insanları heç vaxt unutmur, onların əziz xatirələrini daim uca tuturlar.

Keçidlər