Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Hesabat yığıncağı keçirilmişdir.

24 yanvar 2018 | 16:00

Rayonun Nic qəsəbə inzibati ərazi nümayəndəliyində 2017-ci ildə sosial-iqtisadi sahədə görüldüyü işlər və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilmişdir.
İclasda qəsəbə inzibati ərazi nümayəndəsi İbrahim Məmmədov ötən il ərazidə sosial-iqtisadi sahədə həyata keçirilən layihələr, aparılan abadlıq-quruculuq işlərinə dair geniş məruzə etmişdir.
Məruzəçi hesabat ilində qəsəbənin abadlaşdırılması, əhalinin sosial problemlərinin həll edilməsi istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat vermişdir.
Hesabat iclasında qəsəbə ağsaqqalı Frans Vartanov, YAP qəsəbə ərazi ilk təşkilatının sədri Rövşən Balayev, Udi Mədəniyyət Mərkəzinin rəhbəri Oleq Danakari, 3 nömrəli qəsəbə tam orta məktəbin müəllimi Şahid İslamov, qəsəbə sakini Allahverdi Xasməmmədov, 4 nömrəli tam orta məktəbin müəllimi Əvəz Əhmədov, Udi Xristian Pravoslav Dini İsmasının üzvü Rafik Danakari və digərləri çıxış etmişlər.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov 2017-ci ildə ölkədə, o cümlədən Qəbələ rayonunda sosial-iqtisadi sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat vermiş, Nic qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən görülən işləri təhlil etmişdir.
Abil Ağasəfov həmçinin sosial-iqtisadi sahədə bu il qəsəbədə görülməsi nəzərdə tutulan işlərin icrası ilə bağlı inzibati ərazi nümayənəliyinin fəaliyyətinin istiqamətləndirilməsi üçün tövsiyələrini vermişdir.

Foto qalereya

Keçidlər