Qəbələ III Beynəlxalq “Portretlərin melodiyası” adlı İncəsənət Sərgisi davam edir.
Azərbaycan Mədəniyyəti Fondu (AMF) və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşlikatçılığı ilə hər il keçirilən ''Qəbələ beynalxalq incəsənət sərgisi'' layihəsi artıq növbəti mövzusu ilə dünya incəsənət xadimlərini bir araya gətirmişdir. Xatırladaq ki, 2010-cu ildə ''Qəbələ I Beynəlxalq İncəsənət Sərgisi''ndə'' 14 ölkədən (ABŞ, Almaniya, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Braziliya, Fransa, Gürcüstan, İtaliya, Koreya, Latviya, Polşa, Rusiya, Türkiyə) 81 rəssam, 2011-ci ildə, ''Qəbələ II Beynəlxalq İncəsənət Sərgisi''ndə 18 ölkədən (ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Böyük Britaniya, Çexiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya) 116 rəssam iştirak etmişdir. 2013-cü ilin may ayının 5 dən başalayan ''Qəbələ III Beynəlxalq İncəsənət Sərgi''si Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur.“Portretlərin melodiyası” adlı sərgidə 23 ölkədən 158 rəssamın, Clirim Ceka (Albaniya), Linde Vaber (Avstriya), Therese Maria Polus (Almaniya), Mimo Mondal (Banqladeş), Geo Arruda (Braziliya), Hristo Panev (Bolqarıstan), Çingiz Abbasov (Finlandiya), Ana Lagidze (Gürcüstan), Maria Karzi (Yunanıstan), Abdi Asbaghi (İran), Ashna Ahmed Dawlat (İraq), Michael Gorban (İsrail), Bennedetta Borrometi (İtaliya), Səbinə Quliyeva (Yaponiya), Daria Babich (Ukrayna), Yang Soon Suh (Koreya), Alla Dzevaltovska (Latviya), Vəfa Rüstəmova (Hollandiya), Aleksey Motovilov (Rusiya), Tatyana Əliyeva (Sinqapur), Burcu Pehlivan (Türkiyə), Chabane Djouder (Əlcazair) və digərlərinin əsərləri nümayiş olunur. Azərbaycan tərəfindən Sərginin iştirakçıları arasında görkəmli rəssamlarlarla yanaşı, gənc rəssamların da əsərləri sərgilənir.