Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda arıçılıqla məşğul olanların sayı artıb.

26 yanvar 2018 | 16:00

Dağlıq və düzənlik əraziləri olan Qəbələdə iqtisadi baxımdan çox sərfəli sayılan arıçılığın inkişafı üçün münbit şərait var. Arıçılığın daha da inkişaf etdirilməsi, bu sahə ilə məşğul olan sahibkarların işinin əlaqələndirilməsi üçün Azərbaycan Arıçılar Birliyinin Qəbələ rayon şöbəsi yaradılıb. Görülən işlərin nəticəsidir ki, rayonda bu sahəyə maraq göstərən fiziki şəxslərin sayı ildən-ilə artır. Son bir ildə rayonda 20 fiziki şəxs tərəfindən yeni fərdi arıçılıq təsərrüfatı yaradılıb. Hazırda Qəbələdə arıçılıqla məşğul olan fiziki şəxslərin sayı 318-ə, arı ailələrinin sayı isə 3930-a çatıb. Qeyd edək ki, rayonda arıların qidalanması üçün 50-ə yaxın növdə bitki mövcuddur. Yaxşı bal əldə etmək üçün arı ailələrinə xüsusi qulluq göstərilir. Ötən il Qəbələ arıçıları 19600 kiloqram bal istehsal ediblər ki, bu da əvvəlki ildəkindən 4,7 ton çoxdur. Rayonun damazlıq təsərrüfatında arı ailələrinin sayının yaxın illərdə iki dəfə artırılması nəzərdə tutulub və bu istiqamətdə işlər davam etdirilir.

Keçidlər