Şəkərli diabet xəstələri ilə görüş keçirilmişdir.
Qəbələ RMX-da şəkərli diabet xəstələri ilə görüş keçirilmişdir. Görüşdə vətəndaşlra ölkə Prezidentinin əhalinin sağlamlığına göstərdiyi böyük qayğı barədə məlumat verilərək, səhiyyə ilə bağlı çox saylı dövlət proqramlarının həyata keçirildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, ötən il ərzində Qəbələ RMX-ya ayrılmış dərman vasitələri hesabına qeydiyyatda ola 1733 nəfər diabetli xəstələr 234000 manatlıq şəkər salıcı dərmanlar və özünə nəzarət vasitələri ilə təmin edilmişdir. Tədbirdə 88 nəfər xəstəyə özünə nəzarət vasitəsi olan qlükometr və striptlər paylanılmışdır. Görüşdə şəkərli diabetdən əziyyət çəkən vətəndaşların sualları cavablandırılmış, onlara pəhriz və həyat tərzi ilə bağlı endokrinoloq həkim tərəfindən ətraflı məlumat verilmişdir. Diabetli xəstələr göstərilən qayğıya görə ölkə Prezidenti və Heydər Əliyev Fondunun rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.