Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr hesabat yığıncağında müzakirə olunub.

10 fevral 2018 | 16:00

Qəbələ rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsi önünə tər güllər düzmüşlər.
Daha sonra Qəbələ Mədəniyyət Mərkəzində hesabat yığıncağı öz işinə başlamışdır. Yığıncağı rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev  açaraq 2017-ci ildə Qəbələ rayonunda sosial-iqtsadi sahədə görülmüş işlər barədə ətraflı məruzə etmişdir. Qeyd olunmuşdur ki, ötən il  ərzində  iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 220.924 min manatlıq məhsul  istehsal  edilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 17.188 min manat, yaxud 8,4  % artmışdır. 2016-cı ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə  7.771 min manat, yaxud 29,9 %, kənd təsərrüfatında 2.007 min manat, yaxud 3,0 %, nəqliyyatda 181,0 min manat, yaxud    4,9 %,  ticarətdə 4.560,0 min manat, yaxud 16,5 %, rabitədə 51,0 min manat, yaxud 4,8 %,   tikintidə 2618,0 min manat, yaxud 3,3 % artmışdır. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2.094 manat təşkil etmişdir. İl ərzində sənaye müəssisələrində çalışan 1.397 nəfər işçinin orta aylıq nominal əmək haqqı 336 manat olmuşdur.
Əsas kapitala yönəlmiş investisiyanın həcmi 82.690,0 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 81.225,0 min manat təşkil etmişdir.            2003-cü ilin oktyabr ayından 01 yanvar 2018-ci ilədək 14.907-si daimi olmaqla, 16.706 yeni iş yeri açılmışdır. İl ərzində açılmış yeni iş yerlərinin sayı 1.641 olmuşdur ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir. Rayonun yerli gəlirləri 2017-ci  ilin  yekunlarına görə  13.317,0  min manat proqnoza qarşı 13.396,6 min manat (100,6 %) və ya 79,6 min manat çox yerinə yetirilmişdir. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 6.462,0 min manat proqnoza qarşı 6.650,9 min manat (102,9 % ) və ya 188,9 min manat çox icra olunmuşdur. Bildirilmişdir ki, İl ərzində 1.554  yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 18.097-yə çatdırılmışdır.“Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya   olan  tələbatının  ödənilməsinə  dair  əlavə tədbirlər   haqqında”  Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən 2016-cı ildə Qəbələ rayonunda 3 ədəd (Qəbələ şəhəri, Vəndam qəsəbəsi, Zirik kəndi), 1 iyul 2016-cı il tarixli Sərəncamına əsasən isə əlavə 3 ədəd (Mıxlıqovaq, Zarağan, Məlikli kəndlərində) subartezian quyusu qazılmış, ötən ilin avqust ayında istismara verilmişdir. Diqqətə çatdırılmışdır ki, hər il olduğu kimi ötən il də rayonda tikinti-quruculuq işləri davam etdirilmişdir. Qəbələ Rayon Məhkəməsinin, rayon kənd təsərrüfatı idarəsinin, Qəbələ Peşə Tədris Mərkəzinin, Qəbələ Xalça Fabrikinin binalarında tikinti işləri başa çatdırılaraq qeyd olunan obyektlər istifadəyə verilmişdir. Bildirilmişdir ki, rayonun Aydınqışlaq kənd tam orta məktəbi və Tikanlı kənd uşaq bağçası əsaslı təmir olunmuş, Cığatelli kənd tam orta, Seyidqışlaq kənd ümumi orta məktəblərində modul tipli binalar tikilərək istismara verilmişdir. Bundan əlavə rayonda “Qafqaz” Aqua Land Hoteldə, “Qafqaz” Diamond Akvaparkda, ”Cıdır” Atçılıq İdman Kompleksində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon prokurorluğunun və Gömrük  Akademiyasının binalarında inşaat işləri davam etdirilmişdir. Toplantıda çıxış edənlərdən Qəbələ Rayonu üzrə Maliyyə İdarəsinin rəisi Namiq Ağayev, DSMF-nun Qəbələ Rayon Şöbəsinin müdiri Elçin Əliyev, Qəbələ şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi Səbinə Zeynalova, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin ingilis dili müəllimi Firuzə Məmmədova çıxış edərək fəaliyyət göstərdikləri sahələrdə əldə olunan uğurlardan söz açmışlar. Daha sonra hesabat yığıncağında çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ulu öndər Heydər Əliyevin Azərbaycanda rergionların inkişafına daim böyük önəm verdiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir. Toplantıda Respublikanın bu günkü hərtərəfli inkişafından söz açılaraq qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri sayəsində hər yerdə olduğu kimi Qəbələ rayonunda da geniş abadlıq- quruculuq işləri həyata keçirilir. Yollar təmir edilir,yeni təhsi, səhiyyə müəssisələri tikilir, elektrik və qaz təsərrüfatında yenidənqurma işləri aparılır. Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir. Yığıncaqda çıxış edən Prezident Adminstrasiyasının nümayəndəsi Rüfət Əliyev 2017 -ci ildə görülən işlər və qazanılan nəaliyyətlər barədə ətraflı məlumat vermişdir. Hesabat yığıncağında  Ölkə başçısının tövsiyə və tapşırıqlarına uyğun  olaraq, qarşıda duran vəzifələr təhlil olunmuş, qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilmiş, yığıncaq iştirakçıları adından Ölkə başçısı cənab İlham Əliyevə müraciət ünvanlanmışdır. Hesabat yığıncağında  Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli, 3531 nömrəli  Sərəncamına əsasən Ağasıyev Çingiz Sabir oğluna  3-cü dərəcəli “Əmək” ordeni təqdim olunmuş, rayonun sosial-iqtisadi inkişafında fərqlənən bir qrup şəxsə fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.

Foto qalereya

 

Keçidlər