Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan iştirakçıları Qəbələnin Nic qəsəbəsinə səfər edib.

14 fevral 2018 | 16:00

Ölkə Prezidenti İlham Əliyevin tövsiyəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Sivilizasiyalararası dialoq: yeni çağırışlar” adlı VI Beynəlxalq Multikulturalizm Qış Məktəbi fevralın 14-də öz işini Qəbələdə davam etdirib. Qış məktəbinin iştirakçıları əvvəlcə rayonun Nic qəsəbəsində olublar.
Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin konfrans zalına toplaşan yerli və əcnəbi gənclər burada “Azərbaycanda dini müxtəliflik” mövzusunda mühazirə dinləyiblər. Mühazirədə Azərbaycan ərazisində qədim zamanlardan bəri müxtəlif dini etiqadların təşəkkül tapdığını diqqətə çatdırıb. Qeyd edilib ki, 1993-cü ildən sonra ölkəmizdə dinin təbliğinə və yayılmasına geniş şərait yaradılıb, bütün dinlərin və etiqadların qanun qarşısında bərabərliyi Konstitusiyada təsbit olunub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə bir çox dini-tarixi abidələr bərpa və restavrasiya edilib, dini maarifçilik işinə xüsusi diqqət göstərilib. Bu iş hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra Nic qəsəbəsində yerli əhali ilə görüşən əcnəbi tələbələr yaşayış məntəqəsi ilə yaxından tanış olublar. Gəzinti zamanı Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Bildirilib ki, Nic qəsəbəsində “Orayın” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili tədris olunur. Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər. Məlumat verilib ki, dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan Nic qəsəbəsində 4 mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən söhbət açıblar, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini qeyd ediblər: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir və hər bir kəsin dini etiqad azadlığı təmin edilir. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılması alqışalayiqdir. Nic kilsəsinin bərpasından sonra udilər öz müqəddəs bayramlarını layiqincə qeyd edirlər. Bütün bunlar Azərbaycanda bütün dünyaya örnək olası tolerantlıq ənənlərinin və multikultural əhvalın olduğunun bariz təcəssümüdür”.
Daha sonra Qış məktəbinin iştirakçıları üçün “Tufandağ” Yay-Qış Turizm İstirahət Kompleksində kanatla dağ gəzintisi təşkil edilib.
Qeyd edək ki, VI Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Avstriya, Əfqanıstan, Bolqarıstan, Estoniya, Gürcüstan, Almaniya, İndoneziya, Yaponiya, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rusiya, Böyük Britaniya və Ukraynanın aparıcı universitetlərindən 30-a yaxın tələbə iştirak edir. Qış məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural durum, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc yanaşı yaşaması haqqında mühazirələr təqdim edilir.

Keçidlər