Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.

19 fevral 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, o cümlədən çeşidini genişləndirməklə seçmək və əlverişli qiymətə almaq imkanının yaradılması məqsədilə, Qəbələ rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.
Satış-yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin öz məhsullarını bazara çıxarmasına kömək etmək, bazarlarda süni qiymət artımının qarşısını almaq, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaqdır.
Şəhərin Heydər Əliyev prospektində, əhalinin gediş-gəlişinin sıx olduğu yerdə təşkil edilən yarmarkaya ümumilikdə 1 tondan artıq mal, qoyun və quş əti,100 kiloqram sucuq, 2000 litr süd, 200 kiloqram yağ, 250 kiloqram pendir və şor, 800 ədəd yumurta, 40 kiloqram bal, 500 kiloqramdan çox alma və armud, ümumilikdə 550 kiloqram qoz, fındıq və şabalıd, 300 kiloqram soğan, 500 kiloqram kartof, həmçinin buğda, arpa, qarğıdalı, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb.
Alıcılar yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Satış-yarmarkanın hər həftənin şənbə və bazar günləri təşkil edilməsi nəzərdə tutulur.

Keçidlər