Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır” mövzusunda dəyirmi masa

07 may 2013 | 15:00

Müstəqil Azərbaycan respublikasının müasir dövlət quruluşu modelinin banisi, yaradıcısı, qurucusu və ona əbədi həyat bəxş edən  ümummilli liderimiz Heydər Əliyevdir.
Heydər Əliyev bütün ömrü boyu doğma Azərbaycan xalqının taleyi ilə yaşayıb, bütün şüurlu həyatını canı ilə, qanı ilə sevdiyi doğma millətinin tərəqqisinə həsr edib. Ümummilli lider Heydər Əliyevin: “ Mənim həyat amalım  bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına xidmət olmuşdur ” söylədiyi tarixi kəlamları onun həyat tərzini təsdiqləyir.
Heydər Əliyev özü ilə böyük dövlətçilik təcrübəsi gətirmişdir, mübarizlik, əqidə prinsipi müstəqillik ideyalarının  həyata keçirilməsi kimi mənəvi dəyərlərin daşıyıcısı olmuşdur.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Tədris Mərkəzinin şagirdləri arasında inşa, rəsm müsabiqəsi, bədii qiraət və ifa üzrə müsabiqə, bilik, idman yarışmaları bu qəbildəndir. “ Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır ” mövzusunda dəyirmi masa rayonumuzda yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur.
06 may 2013-cü il tarixində Tədris Mərkəzinin mühəndis-pedaqoji kollektivi və şagirdlərindən bir qrupu Ulu öndərin adını daşıyan Mərkəzin brifinq zalında toplaşdılar.
Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin direktoru Eyvaz Kazımov dəyirmi masaya toplaşanları salamladı. O, bildirdi ki, Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin banisi, dahi şəxsiyyət, əvəzolunmaz siyasətçi, insan hüquqlarının etibarlı təminatını yaratmış böyük liderdir.
Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İsayeva dəyirmi masa iştirakçılarına Ulu öndərin zəngin irsi barədə ətraflı məlumat verdi.
Tədris Mərkəzinin T.İ.İ üzrə direktor müavini R.Məmmədova öz çıxışına ümummilli lider Heydər Əliyevin bu kəlamı ilə başladı: “ Azərbaycan xalqının gələcəyi müasir gənclərin bu gün aldıqları bilik, təhsil və tərbiyədən asılıdır ”. Ulu öndər həmişə gənclərə böyük diqqət ayırmış, onlara əsl atalıq qayğısı göstərmişdir. Xalqımız,  eyni zamanda bütün gənclər onu özlərinə həmişə arxa, dayaq bilirlər.
Zamanın çərçivəsinə sığmayan bu böyük insanı sözün çərçivəsinə sığışdırmaq çox çətindir. Onun haqqında nə qədər deyilsə də çox azdır. Tədris Mərkəzinin şagirdi Ənvərzadə Əfsanə “ Heydər Əliyev və müstəqil Azərbaycan ” mövzusunda yazdığı esseni dəyirmi masa iştirakçılarına təqdim etdi. Şagirdlərdən Cabbarov Həzi və Mehdiyev Qurban ulu öndərə məhəbbətlərini şeirlə ifadə etdilər. Tədris Mərkəzinin istehsalat təlim ustası A.Abdulxalıqov qeyd etdi ki, hər bir xalq öz qəhrəmanları, görkəmli şəxsiyyətləri ilə öyünür, onların yolu ilə gedir. Tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi insan Heydər Əliyev öz uzaqgörənliyi, zəkası, vətənpərvərliyi ilə həmişə hər birimizə örnək olacaqdır.
Sonda bütün tədbir iştirakçıları ekspozisiya zalına keçərək Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən foto şəkillərlə tanış oldular. Ümummilli liderin həyatından bəhs edən musiqili video çarx da hər kəsin böyük marağına səbəb oldu.

Keçidlər