Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Qəbələ rayonuna səfər etmişdir.
Almaniya Federativ Respublikasının səfiri cənab Mixael Kindsqrab tanışlıq məqsədi ilə Qəbələ rayonuna səfər etmişdir. Səlahiyyətli səfiri icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev qarşılamışdır. İlk öncə Mixael Kindsqrab inzibati binada Heydər Əliyev guşəsinə baxış keçirərək Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən foto şəkillərlə yaxından tanış olmuşdur. Daha sonra təşkil olunan görüş çərçivəsində RİH başçısı Qəbələ rayonu haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, bu gün Respublikamızda əldə edilən sosial-iqtisadi inkişafın bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Bildirilmişdir ki, burada yaradılan müasir tipli istehsal müəssisələri, turizm və sağlamlıq kompleksləri füsunkar və ecazkar təbiətə malik bölgənin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Qəbələ rayonuna səfərindən məmnunluğunu ifadə edən Mixael Kindsqrab göstərilən diqqət və qonaqpərvərliyə görə öz minnətdarlığını ifadə etmişdir. Azərbaycanla - Almaniya arasında bir çox sahələrdə yüksək səviyyəli münasibətlər mövcud olduğunu qeyd edən səlahiyyətli səfir bütün bunların ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına geniş təkan verdiyini qeyd etmişdir. Səfər çərçivəsində səlahiyyətli səfir Mixael Kindsqrab rayonun tarixi-mədəni məkanları və sənaye müəssisələri ilə yaxından tanış olmuşdur.